Bakıda 28.662 təhsil işçisi peyvənd olunub. Bu ümumi işçi sayının 80 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib.

Vəliyeva bildirib ki, ənənəvi təhsilə qayıtmağın yeganə yolu müəllimlər və şagirdlər arasında virusun yayılmasının qarşısını almaqdır. İlk növbədə məktəb təhlükəsiz təhsil mühiti yaratmalıdır.

Daha öncə, 24 avqust tarixində keçirilən vebinarda Mehriban Vəliyeva qeyd edib ki, tədris prosesini uğurla bərpa etmək üçün təhsil işçilərinin 80-90 faizi vaksinasiyadan keçməlidir.