17 sentyabr tarixində Bakıda uşaqlar üçün ödənişsiz “Oyun yaradılması” adlı master-klass keçiriləcək. Dərs STEP IT Academy tərəfindən təşkil olunacaq və orada təhsil almayan tələbələr üçün nəzərdə tutulub.

Master-klassda 10-14 yaş arası uşaqların iştirak etmək imkanı olacaq və onlar öz oyunlarını yarada biləcəklər. Onlar birlikdə ssenari düşünüb və öz düşüncələrini Construct 2 proqramı vasitəsi ilə həyata keçirəcəklər.

Təlimçi qismində aparıcı mütəxəssis Natiq Əliyev iştirak edəcək və dərs 2 saat davam edəcək.

Dərs proqramı:

Oyunun ssenarisinin hazırlanması;

Oyun mühərriklərinin imkanları – Construct 2 proqramı;

Oyun məkanının hazırlanması;

Oyunun logistikasının hazırlanması;

Baş qəhrəmanın hərəkətlərinin düşünülməsi.

Master-klass çərçivəsində akademiya üzrə individual ekskursiya da keçiriləcək.