Bakı metropoliteni 20 yeni vaqon alacaq. Bu haqda bu gün, 15 sentyabr tarixində metropolitenin mətbuat xidməti məlumat verib.

Rusiya Federasiyasının “Метровагонмаш” şirkəti ilə müqavilə imzalanıb.

“Müqaviləyə əsasən şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib, Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir”- deyə mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Hal-hazırda Bakı metropoliteninin nəzdində 280 vaqon mövcuddur. Onlardan 95-i yeni nəsil vaqonlar təşkil edir.