FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərlə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti 15 sentyabr tarixində məlumat yayıb.
İstintaq zamanı İmran Ağayevin xəstəxananın vəzifəli şəxsləri Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə əlbir olaraq ən azı 6 nəfərdən 10 min 500 manat rüşvət alıb. Onlar bu pulları xəstələri hospitalın “VİP korpus”larına yerləşdirilmək və daha yüksək səviyyəli tibbi xidmət göstərmək müqabilində alıblar.
Bundan əlavə, baş həkimin xəstəxananın digər işçilərindən də 5 min manat məbləğində rüşvət aldığı məlum olub. “Medi Style” MMC -nin direktoru olan Ağayevin Təcili Tibbi Yardım avtomobilləri ilə çağırış xidməti qarşılığında 51.600 manat alması barədə əsaslı şübhələr müəyyən edilmişdir.
Araşdırma zamanı baş həkimin karantin rejimi qaydalarının pozulmasına dair digər hərəkətləri də üzə çıxıb.
İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.