Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılmasından istifadə edən mikroavtobuslar qanunsuz sərnişindaşınmasını həyata keçirir. Bu barədə 15 sentyabr tarixində Baş Dövlət Yol Polisi İdarəsindən(BDYPİ) məlumat verilib.

Paytaxtın ətraf rayonlarından mərkəz hissəsinə gün ərzində 1500-dən çox sərnişin daşınma həyata keçirilir. Adətən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələrin sürücüləri qaydanı pozur.

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Sürücülər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus infeksiyasının yayılmasına da şərait yaradırlar”-BDYPİ-nin rəsmisi bildirib.