Milli Musiqi Günündə, 18 sentyabr tarixində Bakıda Rəşid Behbudovun repertuarından ibarət musiqili gecə keçiriləcək. Gecə Flora Hostel Baku-nun təşkilatçılığı ilə eyniadlı məkanda saat 20:00-da başlayacaq.

Axşamda Jan Mənmmədov içində Rəşid Behbudovun repertuarı da olduğu musiqiləri səsləndirəcək.

İştirak etmək istəyənlər girişdə 6 manat ödəməklə məkana daxil ola bilərlər.

Tədbirin karantin qaydalarına uyğun keçiriləcəyi səbəbindən yerlər məhduddur.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 212 02 18