OBA marketin Alatava-1 filialının administratoru Nicat Dadaşov pul mənimsəməkdə ittiham olunur. Сinayət işinin istintaqı yekunlaşıb, Yasamal rayon prokurorluğu materialları məhkəməyə göndərib. Bu haqda bu gün, 15 sentyabr tarixində məlum olub.
Prokurorluğun araşdırılmalarına əsasən, Dadaşov 02.12.2019-cu il tarixindən 28.05.2020-ci il tarixinədək həmin vəzifədə işləyərkən marketinin büdcəsindən qanunsuz yolla 9519 manat mənimsəmişdir.
İstintaq zamanı Dadaşov məbləğin 3900 manata gədərini müəssisəyə qaytarıb və qalan hissəsinin ödənilməsi barədə hər iki tərəf arasında müqavilə bağlanılmışdır.
Cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib.