Bakı şəhərində 14 sentyabr axşam saatlarında iki yanğın hadisəsi baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Xəzər rayonunda ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli yaşayış evin yanar konstruksiyaları alışıb. Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlərin köməyi ilə həkimlərə təhvil verilib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb, bitişik binalar yanğından mühafizə olunub.

Daha bir yanğın paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin 12 kv.m sahədə dam örtüyü yanıb. Alışma yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha öncə, 9 sentyabr Bakı şəhəri Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzil yanmışdır.