15 sentyabr tarixində Bakıda Topaz işçisini bıçaqlayan şəxsə qarşı hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində T.Quliyevin cinayət işinə baxılıb və ona şərti cəza verilib. Ona iltizam qətimkan tədbiri cəzası təyin edilib, yəni ev dustaqlığı, başqa yerə getməmək tədbiri görülüb.

Martın 29-u Quliyev İ.Manaflı ilə aralarında olan borc puluna görə mübahisə edib. Daha sonra o, mətbəx bıçağı ilə İ.Manaflının döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Manaflı günə 20% olmaq şərti ilə Quliyeva 3100 manat sələmə pul vermişdir.