Sabah Bakıda bəzi istiqamətdə yollar avtomobillər üçün bağlı olacaq. 16 sentyabr saat 19:45-də Milli Olimpiya Stadionunda “Qarabağ” və “Bazel” klublarının oyunu baş tutacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, Ziya Bünyadov prospektindən Bakı Nəqliyyat Agentliyinin yanından Böyükşor bulvarı istiqamətində, Heydər Əliyev prospektində isə 5 saylı “ASAN Xidmət”in yanından Olimpiya stadionu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Oyunu izləməyə gələnlərdən mümkün qədər ictimai nəqliyyatdan istifadə etmələri və “Koroğlu” metrostansiyasının yanındakı təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olmaları xahiş olunur.