Paytaxtın Sabunçu rayonunda dünya və avropa çempionu olmuş idmançı həbs edilib. Bu haqda bu gün, 15 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəyyam Səfixanov narkotik maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun üzərindən heroin, tramadol və metamfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və həbs qətimkan tədbiri seçilib.

Xəyam Səfixanov universal döyüş üzrə dünya və avropa çempionu olub.

Kriminal aləmdə də keçmişi olan Səfixanov “Razin Xəyyam” ləqəbi altında da tanınır.