Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 15 sentyabr tarixində məlum olub.

Balaxanı qəsəbəsindəki kafelərin birində işləyən 29 yaşlı Cabir Abulov şəxsi mübahisə zəminində müştəri ilə əlbəyaxa dava edib. Nəticədə Abulov müştəri tərəfindən bıçaqlanaraq yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bundan əvvəl, 14 sentyabrda Bakıxanov qəsəbəsində qadını boğaraq öldürən şəxs barəsində cinayət işi başlanılmışdır.