16 sentyabr tarixində Bakıda Salsa və Baçata rəqsləri üzrə açıq dərs keçiriləcək. Dərs R&N-project Dance School in Baku-nun təşkilatçılığı ilə Gazelli Cafe-nin 2-ci mərtəbəsində saat 19:15-də başlayacaq.

Dərsə bu sahədə sertifikatı olan şəxslərin gəlməsi arzuolunandır. Rəqs axşamında yeni rəqqaslarla tanış olma imkanınız da olacaq.

Partnyorlarının daim dəyişəcəyi səbəbindən iştirakçılar cütlük şəklində gəlməyə bilər. Rəqqasların əlavə 1 cüt təmiz ayaqqabılarla gəlməsi vacibdir.

Qeydiyyatdan keçmək və əlavə məlumat üçün əlaqə nömrələri: +994124049333, +994503757171

Karantin rejimi ilə əlaqədar iştirakçıların qoruyucu maskalardan istifadə etməsi tələb olunur.