15 sentyabr tarixində Suraxanıda şəhid İsabala Hüseynovun adı əbədiləşdirilib, xatirə abidə kompleksi tikilib.

Açılış mərasimində şəhidin ailəsi, dostları, İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəsmi şəxslər iştirak edib. Hüseynovun doğum günü münasibətilə onun xatirəsi yad edilib. Mərasimdən sonra onun dəfn olunduğu Əmircan qəsəbəsində məzarı ziyarət olunub.

İsabala Hüseynov Vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak edib və Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.