Paytaxtın Suraxanı rayonunda dələduzlar saxlanılıb. Bu haqda bu gün, 15 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Astara rayon sakinləri Şəhriyar və İlkar Zülfüqarzadə qardaşları müştəri kimi əyləşdikləri taksilərin sürücülərinə qarşı dələduzluq edərək onlardan pul vəsaiti oğurlayıblar. Onlar 20-ə yaxın taksi sürücülərinə ziyan vurublar. Saxlanıldıqları zaman onların üzərlərindən heroin aşkar olunub.

Digər əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov sosial şəbəkələrdə narkotik maddələri təbliğ edən videolar paylaşdığı üçün saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin aşkarlanıb.

Eləcə də, üzərində 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus 4 patron saxlayan şəxs tutulub.

4 nəfərin hər biri istintaqa cəlb olunublar.