Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində “UAZ” markalı yük avtomobili yanıb. Bu haqda bu gün, 15 sentyabrda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəqliyyat vasitəsinin kabini və mühərrik hissəsi tamamilə yanıb. Ətrafdakı avtomobillərə ziyan dəyməyib.

İlk başda yerli sakinlər alışmanı söndürməyə cəhd etsələr də, daha sonra FHN-nin əməkdaşları hadisə yerinə gələrək yanğına müdaxilə ediblər.

Bundan əvvəl, 14 sentyabr axşam saatlarında Xəzər rayonunda ikimərtəbəli ev yanmışdır.