Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birgə 29 sentyabr 2021-ci ildən “Tibbi kosmetologiya” mövzusunda kurslar keçirəcək. Kurs 6 ay, 14 mart 2022-ci ilə kimi davam edəcək.

“Tibbi kosmetologiya” ixtisası üzrə 6 aylıq kurs ödənişli əsasında təşkil olunur və kursun sonunda ixtisasa buraxılışı təsdiqləyən müvafiq dövlət sənədi təqdim olunur.

Tələb olunan sənədlər:

  • Diplom (əsli və surəti)
  • İnternatura (əsli və surəti)
  • Əmək kitabçası (əsli və surəti)
  • Şəxsiyyət vəsiqəsi (əsli və surəti)

Müraciət edənlər sənədləri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Tədris hissəsinə təqdim etməlidirlər (əlaqə nömrəsi: 012-565-04-28, e-mail [email protected])