16 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Röyal İmamverdiyev və Ruslan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyğunçuluqda təqsirləndirilirdilər.
Nəticədə İmamverdiyev 8 il və Orucov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində onların evindən çəkisi 14,88 qram nadir tapılan çəhrayı yaqut daşı və 4 kiloqram 735 qram marixuana aşkar olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, cinayət yolu ilə əldə etdikləri yaqut daşı Türkiyə və ya Dubay şəhərinə apararaq satmağı planlaşdırmışdılar.