16 sentyabr tarixində Prezident İlham Əliyev paytaxtın Xəzər rayonu Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən, adı qeyd olunan ərazilərdə avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədilə 2021-ci ilin büdcəsindən 5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.