Bakıda polis dilənçiliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Bu barədə 16 sentyabr tarixində məlum olub. Əməliyyat axtarış tədbirləri Binəqədi rayonunda aparılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində dilənçiliklə məşğul olduqlarına görə 8 nəfər saxlanılıb.
Onlar barəsində müvafiq tədbirlər görülüb.