15 sentyabr tarixində Əməkdar artist Çiçək Rzayeva vəfat edib. Bu haqda onun tələbəsi məlumat verib. 77 yaşlı Çiçək Rzayeva ürək tutması səbəbindən dünyasını dəyişib.

Vida mərasimi bu gün Yaşıl Teatrın önündə baş tutacaq. Əməkdar artist Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Çiçək Rzayevanın ölkəmizdə arfa sinfinin banisi Aida Abdullayevadan sonra bu sahədə böyük xidmətləri olub.

O, 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.