Ötən ay ərzində Bakıda tibb müəssisələrinə müraciətlərin və ən çox xidmət göstərmiş tibb müəssisələrinin siyahısı açıqlanıb.Bu barədə 16 sentyabr tarixində məlum olub.
Avqust ayı ərzində Bakıda tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri və sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.
Ən çox tibb müəssisələrinə olunan müraciət bu rayonların üzərinə düşür: Pirallahı, Nərimanov, Yasamal və Sabunçu.
Bakıda ən çox xidmət göstərmiş tibb müəssisələrinin siyahısı:
- Kliniki Tibbi Mərkəzi (81.536)
- Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (72.479)
- 3 nömrəli Şəhər Klinik Xəstəxanası (52.225)
- 5 nömrəli Şəhər Klinik Xəstəxanası (45.021)
- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (40.354)
- Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (21.819)
- 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (17.505)
- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (14.930)
- 13 nömrəli Uşaq Poliklinikası (10.857)
Bakıda avqust ayında əhaliyə 575.142 tibbi xidmət göstərilib.
2021-ci ilin yanvar-avqust ayları ərzində isə ölkə üzrə 2.812.918 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 13.207.556 tibbi xidmət göstərilib.