Paytaxt ərazisində peyvənd vurdurmadan pul müqabilində COVİD-19 pasportu satan şəxslərlə bağlı cinayət işi başlanılıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

20 saylı şəhər poliklinikasının həkim-terapevti Günay Hüseynova, həmin poliklinikanın tibb bacısı Nailə Musayeva, eləcə də Mehdiabad Ailə Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva əlbir olaraq 100 nəfərdən çox adama vaksin vurdurmadan pasport satıblar. Onlar vətəndaşların hər birindən 200-250 manat məbləğində pul götürüblər.

Hal-hazırda qeyd olunan cinayətdə başqa şəxslərin iştirakı olub-olmamağı araşdırılır.