Paytaxtın Yasamal rayonu Qanlıgölün qərb hissəsində 3 naməlum şəxsə məxsus sümüklər tapılıb. Bu haqda 15 sentyabr gecə saatlarında məlum olub.

Tapıntı köməkçi yolun sağ tərəfində yerləşən təpəliyin təxminən 8 metr hündürlüyündə olan torpaq qatları arasında aşkar olunub. Ümumi 3 kəllə sümüyü və digər hissələri tapılması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə yerinə prokurorluq əməkdaşları və məhkəmə-tibb eksperti cəlb olunub, aşkar olunmuş sümüklər qablaşdırılaraq ekspertizaya göndərilib.