25-26 sentyabr tarixində Vətən müharibəsində qələbəyə həsr olunan karate üzrə Bakı birinciliyi və çempionatı baş tutacaq. Bu haqda Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidməti məlumat verib.

Tədbir “ASK Arena” stadionunun mini futbol meydançasında açıq havada təşkil olunacaq. Kata və kumite üzrə üç yaş grupu nəzərə tutulub: yarışda 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər iştirak edəcəklər.

Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və Azərbaycan Karate Təşkilatı dəstəyilə keçiriləcək. Qaliblərə və mükafatçılarə müvafiq diplom, medal və kuboklar təqdim ediləcək.