Paytaxtın Yasamal və Binəqədi rayonlarında qanunsuz işləyən ət kəsimi məntəqələri aşkarlanıb. Bu haqda bu gün,16 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti məlumat yayıb.

Yasamal rayonunun Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələrində Binəqədi rayonunun isə Səttar Bəhlulzadə küçəsi və Tayqa Ticarət Mərkəzi ilə üzbəüz yerləşən heyvan kəsimi məntəqələri cərimələnib. Onların sanitar-gigiyenik qaydalara əməl etmədikləri müəyyən edilib.

Bundan əlavə, COVİD-19 pandemiyası ilə əlaqədar AQTA-nın 15 sentyabr 2021-ci il tarixində verdiyi məlumata əsasən, son sutka ərzində ölkə üzrə 412 ictimai iaşə obyektlərində monitorinqlər keçirilmişdir. 10 müəssisədə qayda pozuntusu aşkar olunmuşdur.