Bakı metropoliteninin Koroğlu stansiyası gücləndirilmiş iş rejimində işləyəcək. Bu haqda bu gün, 16 sentyabrda metropolitenin mətbuat xidməti məlumat yayıb.

Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq Qarabağ – Bazel futbol matçı səbəbindən Koroğlu stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər.

“Əvvəlki təcrübələrimizi nəzərə alaraq deyə bilərəm ki, bu müddət bizə sərnişin axınını idarə etməyə kifayət edər”- mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Həmçinin, ehtiyat qatarların xəttə buraxılması da planlaşdırılır.

BOS-da oynanılacaq Qarabağ – Bazel qarşılaşması bu gün saat 20:45-də başlayacaq.