16 sentyabr tarixinə keçən gecə paytaxt ərazisində üç yol nəqliyyat hadisəsi qeydə alınıb.

Xəzər rayonu Buzovna qəsəbəsində 27 yaşlı Ariz Abdullayev yolu keçərkən onu avtomobil vurub. Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Səbail rayonunda şossedə piyada tunelindən istifadə etməyərək avtomobil yoluna çıxan Alidə Rəcəbovaya nəqliyyat vasitəsi çırpılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Nərimanov rayonu Atatürk prospektində isə motosiklet işıqforun qırmızı işığında keçərək “Chevrolet” və “Mercedes” markalı avtomobillərə çırpılıb. İkitəkərli nəqliyyat vasitəsinin sürücüsü xəstəxanaya yerləşdirilib.