16 sentyabr tarixində Nəsimi rayonunda avtoxuliqan saxlanılıb və məhkəmədə ona hökm oxunub.
Saxlanılan Kənan Məmmədli sentyabrın 13-ü Qara Qarayev prospektində avtoxuliqanlıq edib. YPX əməkdaşı Neftçilər dairəsində ona saxlama işarəsi versədə, Məmmədli sveteforda dayanan “Renault” markalı avtomobili vuraraq yoldan çıxarıb və qaçmağa cəhd edib. O, manevr edib və bardürün üstündən qarşı yola çıxaraq hadisə yerindən qaçıb.
Bundan əvvəl Kənan Məmmədlinin cərimə borcuna görə sürücülük hüququndan məhrum olunduğu məlum olub. Bunu nəzərə alaraq, məhkəmə onu təkrar 1 il sürücülük hüququndan məhrum edib və 20 gün müddətində həbs qərarı çıxarıb.