16 sentyabrda keçiriləcək “Qarabağ” – “Bazel” oyununa satılan bilet sayı açıqlanıb.

“Qarabağ” FK-nun mətbuat xidməti bildirib ki, bu günə kimi 14 min bilet satılıb. Biletlərin satışı saat 20:45-kimi davam edəcək.

“Qarabağ” – “Bazel” matçı bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.