29 yaşlı Cabir Abdulovun qətlində şübhəli bilinən şəxs bu gün, 16 sentyabr tarixində Sabunçu prokurorluğunun əmakdaşları tərəfindən saxlanılıb. Abdulov, 3 saylı Şəhər Klinik Xəstəxanasında bıçaq yaralarından, 15 sentyabr gecə saat 01:00-da dünyasını dəyişib.
Saxlanılan şəxs 45 yaşlı İlqar İsmayılovdur. Araşdırma zamanı məlum olub ki, İsmayılov mübahisə zamanı Abdulovu bıçaqlayıb.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanmışdır. İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İstintaq tədbirləri davam etdirilir.