Əslən Bakıdan olan “qanuni oğru” Rusiyada polis tərəfindən saxlanılıb. Bu barədə 16 sentyabr tarixində məlum olub.

Azərbaycanlı Taleh Dağlıyev Stavropol şəhərində polisin əməliyyatından sonra onun üzərindən narkotik aşkar olunub. Onun  haqqında qanunsuz narkotik maddə saxlama ittihamı ilə cinayət işi başlanıb.  Günahı sübuta yetirilsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Tolik Noqinski kimi tanınan 37 yaşlı Taleh Dağlıyev Mineralnıye Vodı şəhərinə keçən cümə müalicə üçün gəlmişdir.