Suraxanı rayonu Qaraçuxur qəsəbəsində küçələrdən biri əsaslı təmir olunub. Bu haqda bu gün, 16 sentyabrda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

1 kilometr uzunluqda olan Nizami İsmayılov küçəsinin yenidənqurma işləri tamamlanıb.

Zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Suların rahat kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi bərpa olunub. Həmçinin, küçə boyu piyada səkiləri yenidən qurulub.

Agentliyin verdiyi məlumata əsasən, 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yolların təmir-bərpa işləri icra olunmuşdur.

Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az