Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan müəssisələrində çalışan bəzi müəllimlərə məktəblərə buraxılmasında məhdudiyyətlər qoyula billər. Bu haqda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məlumat verib.

Peyvəndlənməyə qarşı əks-göstəriş sertifikatı təqdim edən təhsil işçilərinin məktəblərdə iştirakında məhdudiyyətlər qoyulması müzakirə olunur.

Həmçinin, Mehriban Vəliyeva qeyd edib ki, hal-hazırda Təhsil Nazirliyinin əsas məqsədi səhhətində heç bir problem olmayan təhsil işçilərinin vaksin olunmasıdır.

16 sentyabr 2021-ci il tarixində olan məlumata əsasən son sutka ərzində 60384 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 7.806.235-dir.