Yeni tədris ilində Bakı məktəblərində birinci sinfə 49171 şagird qəbul olunub. Bu haqda 16 sentyabr “Media və təhsil dialoqu” təlimi zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Məktəbəqədər təhsilə isə 25 mindən çox uşaq qəbul olunub. Vəliyeva qeyd edib ki, Bakıda məktəbəqədər təhsil icma əsasında tətbiq olunur. Bu il 28 icma əsaslı 560 nəfər 3-4 yaşlı uşaq məktəbəqədər təhsil alacaq.

Həmçinin, Vəliyeva bildirib ki, Bakı məktəblərində peşə təmayüllü sinifləri olan məktəblərin sayı 15-ə qədər artırılıb.