Bakıda 22 sentyabr tarixində  “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” adlı vebinar keçiriləcək. Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan seminar  saat 19:00-da başlayacaq.

Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

Vebinar Azərbaycan dilində keçiriləcək. Təlim Təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub.

Vebinarda spiker qismində Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində biznes analitik vəzifəsində çalışan Yaşar Əhmədov iştirak edəcək.

Yerlər məhdud olduğundan İştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi vacibdir.

Qeydiyyat üçün son tarix 20 sentyabrdır.