Bakı məktəbləri pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb.Bu barədə bu gün, 17 sentyabr tarixində Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Məktəblər sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq. Girişdə şagirdləri müvafiq yoxlamalar gözləyəcək.

Hazırlıq mərhələsində olan məktəblər dezinfeksiya olunub, siniflər termometrlə təmin edilib ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fərqliliklər olacaq. Tənəffüs zamanı şagirdlərin toplanmasına icazə verilməyəcək.

Bu tədris ilində həmçinin fərqli olaraq müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunması olacaq.