Noyabr ayının son ongünlüyündə paytaxtın konsert salonlarında musiqili tədbirlərin keçiriləcəyi nəzərdə tutulub.

20 noyabr tarixində Bakıda iki məhşur canlı konsert proqramı ilə çıxış edəcək. Onlardan biri Miri Yusif, digəri isə Türkiyənin “Mor ve Ötesi” rok qrupudur.

53-cü Eurovision müsabiqəsinin iştirakçısı olan “Mor ve Ötesi” paytaxtın Elektra events Hall səhnəsində öz tamaşaçıları ilə görüşəcəkl. Biletlər tezliklə İTicket.az saytında satışa çıxarılacaq.

Azərbaycanın Xalq artisti Miri Yusif isə saat 20:00-da Baku Crystal Hall-un səhnəsində olacaq. Biletlərin qiymətləri 8-150 manat arasında dəyişir.

Bundan əlavə, 25 noyabr tarixində Rauf & Faik, 28 noyabrda isə Valeriy Meladze paytaxtımızın qonağı olacaqlar.

Rauf & Faik-in saat 20:00-da Elektra Events Hall-da çıxış edəcəyi konsertə biletlərin qiyməti 40 manat təşkil edir.

Valeriy Meladzenin musiqi proqramı Bakı Konqres Mərkəzində saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 35 manatdan 350 manata qədər dəyişir.

Adıçəkilən tədbirlərdən bəziləri 2020-ci ildə pandemiya səbəbindən təxirə salınmışdır.