Paytaxtın Binəqədi rayonunda oğurluq edən 2 nəfər saxlanılıb. Bu haqda bu gün, 17 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər sakini Ə.Nəsirli və Ağcabədi rayon sakini F.Hüseynov bir neçə gün öncə “Kia” markalı avtomobildən 500 manat pul oğurlamaqda şübhəli bilinirlər. Bundan əlavə, onların “İnfiniti” markalı nəqliyyat vasitəsinin şüşəsini sındırdıqları da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, 14 sentyabr tarixində Nərimanov rayonunda avtomobil oğurlayan şəxs saxlanılmışdır.