18 sentyabr tarixində Bakı çimərliyində təmizlik aksiyası keçiriləcək. DANMA-nın təşkilatçılığı ilə keçiriləcək aksiya Dünya Təmizlik Gününə həsr olunub.

Bu il keçiriləcək aksiya Türkan çimərliyində baş tutacaq.

Qoşulmaq istəyənlər üçün avtobuslara toplanma məntəqəsi saat 10:00-da

28 May metro stansiyasının qarşısı olacaq.

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Bütün iştirakçılar əlcək, zibil torbaları, sanitar təmizləmə məhsulları, su və şirniyyat ilə təmin olunacaq.

Dünya Təmizlik Günü hər il sentyabr ayının üçüncü həftəsi qeyd olunur. Bu gün, dünyada milyonlarla insan dəniz, çay və göl sahillərindən, parklardan, yaşayış məntəqələrindən, meşələrdən və yollardan plastik və digər tullantıların toplanmasında iştirak edir.

Əlavə məlumat üçün : +994 50 429 66 95

Email: [email protected]