Paytaxtın Nəsimi rayonunda 3 nəfər narkotik alverçisi saxlanılıb. Bu haqda bu gün, 17 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini N.Kazımov, Lənkəran şəhər sakini E.Talıbov və Cəlilabad rayon sakini S.Seyfullayev şübhəli bilinərək tutulublar. Onların üzərindən ümumilikdə 6 qramdan artıq metamfetamin və 4 qramdan çox heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 14 sentyabrda paytaxtın Suraxanı rayonunda 40 nəfər narkotik alverçisi tutulmuşdur.