Bakı şəhəri Binəqədi rayonunda bu gün, 17 sentyabr səhər saatlarında ikimərtəbəli ev yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində 15 kv.m sahədə yığılan istifadəyə yararsız mebel əşyaları alışıb. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Daha öncə, 14 sentyabr Bakı şəhəri Xəzər rayonunda ikimərtəbəli yaşayış evi yanmışdır.