Bakı şəhəri Səbail rayonunda vaksinasiya daha əlçatan olub. Həmin ərazidə yaşayan xüsusi qayğıya ehtiyacı olan sakinləri evi tərk etmədən peyvənd olunur. Bu barədə İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 17 sentyabrda məlumat yayıb.

Layihə İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparılır. Öncə həmin şəxsləri həkim müayinəsindən keçirirlər. Daha sonra vətəndaşın müəyyən xəstəliklərinin olub-olunmaması öyrənilir. Əks göstəriş müşahidə olunmadığı halda onlar randevu.its.gov.az saytı vasitəsi ilə qeydiyyatdan keçərək COVID-19 xəstəliyi əleyhinə peyvənd olunur.

Aksiya hal-hazırda da davam etdirilir. Vətəndaşlar üçün üç müraciət forması təklif olunur:

Rəsmi sayt: “E-Sabail” platforması (www.esabail.az)

E-mail: [email protected]

Qaynar xətt: (+99412) 493-17-98