Paytaxtın Sabunçu rayonu Qanboy Vəzirov küçəsi 2 a ünvanında yerləşən bina qəzalı vəziyyətdədir. Bu haqda Xəzər TV məlumat yayıb.

Sakinlərin sözlərinə görə, binanın 200-dən artıq yaşı var biraz külək olan kimi bütün ev silkələnir.

Qeyd olunan binanın 2015-ci ildə istismar üçün təhlükəli olduğu təsdiqlənib.

“Nazirlər Kabinetinə məsələylə bağlı müraciət olunub. Həmin və ərazidəki digər qəzalı binalar mərhələli şəkildə söküləcək və sakinlər köçürüləcək” – 3 saylı Xususi Təyinatlı MKTB-nin rəis müavini Hacıağa Mircəfərov bildirib.

1895-1898-ci illərdə Sovet İttifaqı kəşfiyyatçısı Rixard Zorge qeyd olunan binada yaşamışdır.