Paytaxtın Xətai rayonunda liftlərdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Elvin Alıyev binalarda liftlərin ehtiyat hissələrini və zirzəmilərdən keçən elektrik xətlərini oğurlayırdı. Qeyd olunan hadisə bəzi binaların təhlükəsizlik kameralarında görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.