Paytaxtın Xəzər rayonunda yolların və küçələrin asfalt örtüyü dəyişilir. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti bu gün 17 sentyabr tarixində məlumat yayıb.

Belə ki, Binə qəsəbənin ümumi uzunluğu 7 km olan Nəsimi və Nizami Abbasov küçələrində, həmçinin Bolluq massivi, Cəfər Cabbarlı və Bünyadzadə küçələrində bərpa işləri sona çatıb. Layihə çərçivəsində qəsəbə üzrə 600 metrlik “Köhnə yarmarka” yolunun təmiri işləri davam edir.

Buzovna qəsəbəsinin Xəzər küçəsində işlər də davam etdirilir. Küçənin təmir olunan hissəsinin uzunluğu 1200 metr, eni isə 6 metrdir.

Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yollarında aparılan təmir işləri yaxın zamanlarda yekunlaşır.

Ümumilikdə Xəzər rayonunun  Binə qəsəbəsi üzrə 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1200 metrlik  küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yol sözügedən layihə çərçivəsində bərpa olunacaq.

Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az
Foto AAYDA.gov.az