18 sentyabra keçən gecə Bakı və ətraf rayonlarda 3 avtoqəza qeydə alınıb.

Qaradağ rayonu Ələt qəsəbəsində “Shacman” markalı avtomobil dirəyə çırpılıb. Nəticədə bir nəfər deformasiya olunmuş nəqliyyat vasitəsinin içində sıxılı vəziyyətdə qalıb. FHN-nin əməkdaşları hadisə yerinə cəlb olunaraq sərnişini avtomobildən çıxarıb.

Suraxanı rayonu aeroport şossesində “AzSamand” markalı nəqliyyat vasitəsi hərəkət zamanı təmizlik işləri aparan texnikanı gec görüb və qəfil manevr edib. Bu zaman o, yanındakı “Mercedes” markalı avtomobilə dəyib. Nəticədə sonuncu idarəetməni itirərək yolayrıcında arakəsməyə çırpılıb. Bir nəfər xəsarət alıb.

Binəqədi rayonunda isə yolu keçən 19 yaşlı Nihat Məmmədlini avtomobil vurub. Ona sağ qolun sınığı diaqnozu qoyulub.