Bakı Dövlət Sirkinin orkestri bu gün, 18 sentyabr tarixində Milli Musiqi Günü münasibətilə Zabitlər bağında çıxış edib.

Musiqiçilər Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarında yer alan parçaları ifa ediblər.

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Görkəmli bəstəkar Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olmuşdur.