Bakıda boğazın kəsilməsi diaqnozu ilə müraciət edən xəstə həyata qaytarılıb. Bu barədə Apa.az 18 sentyabr tarixində xəbər verib.

Əməliyyat Respublika Klinik Xəstəxanasında həyata keçirilib. Həkim cərrah Fariz Camalov bir neçə saat davam edən ağır əməliyyat icra edərək: “Təftiş zamanı məlum oldu ki, xəstənin udlaq və qıtlağı, tiloid vəzin yuxarı qütbü, sol vena və sinir dəsti kəsilmişdir. Xəstənin vəziyyəti kritik ağır olduğundan qıtlaq kəsilən yerdən xəstə intubasiya olundu. Sonra udlaq plastika edildi. Traxiya bərpa olundu – deyə əlavə edib.

Fariz Camalov qeyd edib ki, 35 illik həkim təcrübəsində bu kimi əməliyyatla qarşılaşmayıb.

Özünü Azər Məmmədov kimi təqdim edən şəxs sentyabrın 13-də saat 14-15 radələrində Təcili Tibbi Yardım tərəfindən klinikaya boğazın kəsilməsi yarası ilə daxil olmuşdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, Azər Məmmədov narkotik istifadəçisi olduğu və ülgüclə boğaz nahiyəsindən özünə xəsarət yetirməsi ehtimal olunur.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.