19 sentyabr tarixində Bakıda “Rusiya xalqlarının mədəniyyət festivalı” adlı konsert proqramı keçiriləcək. Tədbir Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində saat 16:00-da başlayacaq.

Konsert Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Açıq havada təşkil olunacaq tədbirin digər adı “Dilçilik Mədəniyyətləri Mozaikası”dır.

Festivalın əsas məqsədi əhalinin müxtəlif etnik qruplarının fikirlərinə, inanclarına, mənəvi və estetik dəyərlərinə tolerant münasibət formalaşdırmaq, gənclərdə milli mədəniyyətlərə və adət – ənənələrə hörmət aşılamaqdır.

İştirak etmək istəyən hər kəs Qala qəsəbəsi, Sülh küçəsi 83 ünvanındakı muzeyə gələ bilər.